Erməni rəsmilərin özlərinin iddiasına görə, məlum video 13 sentyabrda çəkilib – yəni döyüşlərin qızğın vaxtında postu alan Azərbaycan Ordusunun əsgərləri erməni əsgərləri güllələyirlər.
ONN media xəbər verir ki, bütün dünyanın “şoka” düşdüyü, ən böyük media qurumlarının tırajladığı o videoda ermənilərin heç də əsir götürülmədiyi, əllərinin açıq olduğu, döyüş getdiyi aydın görünür.
Hələ sözügedən videonun real olub-olmaması da mübahisəlidir.
Ancaq ermənilər İkinci Qarabağ savaşında əsir düşən Azərbaycan əsgərinə qarşı dəhşətli aktlar törədiblər və Azərbaycan mediası olaraq, biz bunları tirajlamamışıq. Ermənilərin əxlaqsızcasına istifadə etdiyi və dünyanın “heyrətə” gəldiyi videoda adi döyüş epizodudursa (bir daha təkrarlayırıq: video ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır və onun həqiqi və yaxud qondarma olduğu hələ aydınlaşdırılır), indi təqdim etdiyimiz videoda əli-qolu bağlı, əsir alınmış, ağzına corab basılmış Azərbaycan Sərhəd Xidmətinin əsgərindən söhbət gedir.
Görünür ki, səhv etmişik: biz dünyaya erməni vəhşiliyinin, qaniçənliyinin, hərbi cinayətkarlığının daha bir üzünü göstərməyə məcburuq ki, döyüşdə son gülləsini atıb, əlini qaldıran düşmənin əsir götürülməməsi ilə əli-qolu bağlı əsirin başının kəsilməsini müqayisə edə bilsinlər.
Hansı daha dəhşətlidir? Kimdir qaniçən, müharibə cinayəti törədən, qatil və faşist?
Azərbaycan Ordusu düşməndən torpağını azad edən Şərəfli, Müzəffər, Qalib Ordudur, ermənilər kimi işğalçı-terrorçu fəaliyyətlə məşğul olmur; 44 günlük savaşda müharibə ərazisindən yüz kilometrlərlə uzaqdakı dinc şəhərləri gecə ilə vuran Ermənistan ordusu və bu cinayətə əl atan Ermənistan hərbi-siyasi rəhbərliyi idi.
Azərbaycan Ordusu qeyri-döyüş şəraitində düşməni öldürmür, hətta diversantları belə əsir götürəndə onlara qarşı humanist davranır.
Azərbaycan əsgəri döyüş dayandığı halda yaralı erməni əsgərinin yarasını sarıyıb, xəstəxanaya yerləşdirir və bunun sübutları var.
Döyüş getdiyi halda əli-qolu açıq erməni əsgərini necə və hansı əsasla əsir götürməlidir? O “əsirlərin” hansı hiylə qorduğunu güllə yağışı altında olan Azərbaycan əsgəri necə müəyyən edə bilərdi?
P.S. Video-keçidə ürəyi zəif olanların baxmamasını xahiş edirik.
P.P.S. Bu, erməni vəhşiliyinə aid yüzlərlə görüntüdən yalnız biridir...



Onlar əsir deyil, fəraridir – Simonyan əsgərlərini aşağıladı
Erməni ordusu Xankəndini boşaldır – Yeni video
Əsir düşən mayor Putinin planlarını açıqladı - VİDEO
Erməni KİV: 6 erməni hərbçisi əsir götürülüb
Döyüşdən qaçan erməni komandir həbs edildi
Aprel döyüşündə Azərbaycan Ordusu erməni postunu belə məhv edir – YENİ VİDEO
Əsir hərbçimizə hökm oxundu
Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirdi - VİDEO
Ukrayna daha 4 rus hərbçisini əsir götürdü
Nikolun daha bir yalanı üzə çıxdı
Azərbaycan əsgərlərini görən erməni hərbçiləri qaçır - VİDEO
Erməni əsir İrəvanda danışdı: Bakıda bizlə bu cür davranırdılar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 