Azərbaycan Fələstin xalqı ilə tam həmrəy olduğunu və Fələstin məsələsinin ədalətli və davamlı həllinə qəti dəstəyini bir daha bəyan edir.
ONN media xəbər verir ki, bu sözləri Bakıda keçirilən Qoşulmama hərəkatı xarici işlər nazirlərinin aralıq toplantısı çərçivəsində Fələstin üzrə nazirlər komitəsinin iclasında çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Təəssüf ki, şiddət və münaqişələr hələ də dünyada inkişaf və tərəqqiyə maneə yaradır. Yaxın vaxtlarda Qəzza zolağında baş verən hadisələr dərin narahatlığımıza səbəb olur.
Qonşu Ermənistanla həll edilməmiş münaqişədən, işğal edilmiş ərazilərimizdə etnik təmizləmə və qeyri-qanuni məskunlaşmadan əziyyət çəkən bir dövlət kimi Azərbaycan Fələstini tamamilə və aydın şəkildə anlayırıq”.
Nazir qeyd edib ki, Fələstin və Azərbaycan tarixən bütün beynəlxalq forum və təşkilatlarda əməkdaşlıq edib və bir-birini dəstəkləyiblər: “Bu həmrəylik ruhu müxtəlif mərhələlərdə öz sübutunu tapıb. Azərbaycan 2013-cü ildə “Əl-Qüds Əl-Şərif şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı” və “Fələstin Dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” kimi iki uğurlu konfransa ev sahibliyi edib və Müqəddəs şəhərin infrastrukturunun inkişafı və saxlanılması üçün mühüm ianə ayırıb. 2017-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının dəstəyi və BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının himayəsi ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib”.



“Fələstin xalqının yanındayıq” — Nazir
Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir
Fələstin bu ölkədəki səfirini təcili geri çağırdı
Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
Elmar Məmmədyarov: "Azərbaycan bu məsələdən əziyyət çəkir"
SON DƏQİQƏ: "Yüz ilin müqaviləsi"nin detalları açıqlandı
Azərbaycan və Fələstin XİN başçıları görüşdü
Deputatdan Fələstinə ÇAĞIRIŞ
İlham Əliyev Fələstin prezidentinə məktub göndərdi
Fələstin lideri Azərbaycan Prezidentinə məktub yazıb
Fələstin ABŞ-dan səfirini geri çağırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 