“Tez-tez keçirilən görüşlər, ikitərəfli və çoxtərəfli formatda əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bizim qapalı mövzumuz yoxdur. Müdaxiləmizi tələb edən hansısa suallar yarandıqda, biz mütləq zəngləşir, yaxud görüşürük. Tabeliyimizdə olan şəxslərdən kiminsə buraxdığı hansısa məqamları nizamlayırıq".
ONN media xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri barədə sualı cavablandırarkən bildirib.
Prezident qeyd edib ki, Vladimir Putinlə şəxsi münasibətlər ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir: Şübhəsiz, liderlərin şəxsi əlaqələri istənilən dövlətlərarası münasibətlərdə həmişə mühüm rol oynayır, xüsusilə də çoxəsrlik tarixin bağladığı qonşu dövlətlər arasında münasibətlərdə. Bu, dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayan vacib amildir. Bir çox hallarda bizim səylərimiz, etibarlı münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacibliyini ümumi dərk etməyimizin sayəsində əməkdaşlığımızı həm Rusiya, həm də Azərbaycanın barəsindıə bəyan etdikləri strateji tərəfdaşlıq səviyyəsinə çıxartmağa müyəssər olmuşuq”.
Əməkdaşlıq istiqamətlərindən danışan Azərbaycan prezidenti qeyd edib ki, ölkələr bir çox məsələlər üzrə sıx qarşılıqlı əməkdaşlıq edirlər:
“İqtisadi sahədə mal dövriyyəsi artır, nəqliyyat, energetika sahəsində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq böyük bir təbəqədir. Azərbaycanda rus dilində təhsil verən 300-dən artıq məktəb var, bütün ali tədris müəssisələrində rusdilli fakültələr mövcuddur. Bir müddət əvvəl isə Rusiyanın aparıcı ali məktəbləri – MDU və Seçenov adına Tibb Akademiyasının iki filialı açıldı ki, bu da bizim humanitar əməkdaşlığımız üçün mühüm amildir”.



İlham Əliyev Vladimir Putinlə görüşəcək
İlham Əliyev Putinlə görüşünü anons etdi
İlham Əliyev Putinə məktub göndərdi
İlham Əliyev Putinlə Pekində GÖRÜŞƏCƏK
“Bizim üçün Rusiya ən mühüm tərəfdaşdır” - Prezident
Putinlə İran prezidenti bu tarixdə görüşəcək
İlham Əliyev Putinlə görüşəcək
Zelenski Putinlə danışıqlara hazırdır, güzəşt olmayacaq!
Putinlə İlham Əliyev təkbətək görüşdü
Bayden Zelenski arasında MÜHÜM DANIŞIQ - SON DƏQİQƏ
Putinlə Ərdoğanın telefon danışığı oldu
İlham Əliyev Vladimir Putinlə danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 