Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.
ONN media xəbər verir ki, prezident M. Qusmanın “Azərbaycan mətbəxinin Sizin xoşladığınız yeməkləri hansılardır, Azərbaycan Prezidentinin menyusu nədən ibarətdir?” sualına cavabında belə cavab verib: “Əlbəttə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir”.
“Bəs təhlükə nədən ibarətdir” sualına cavab verən ölkə başçısı bildirib ki, təhlükə məhz nəzarətsiz çəki artımındadır.
İlham Əliyev Qusmanın “Azərbaycan arıqlamaq istəməyənlər üçün cənnətdir” deyimini təsdiqləyərək, bu səbəbdən gündəlik həyatda sui-istifadə etməməyə çalışdığını deyib: “Zənnimcə siz haqlısınız. Buna görə mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir. Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik”.
Qusman Prezidentə itirdiyi enerjini necə bərpa etməsi ilə bağlı da sual ünvanlayıb. Ölkə başçısı məxsusi hobbisi olmadığını dilə gətirib: “Mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.



Mehriban Əliyeva oğluna xaçapuri bişirdi
Prezident Mixail Qusmana orden təqdim etdi
Prezident İlham Əliyev TASS-a müsahibə verdi
Prezident Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub
İlham Əliyevin fransız jurnalistə cavabı maraqla qarşılandı – TÜRK MEDİASI
Prezident İlham Əliyev müsahibə verdi
Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi
İlham Əliyev AzTV-yə MÜSAHİBƏ VERDİ
İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verdi
İlham Əliyev Rusiya və Çin mediasına müsahibə verdi
Prezident Dmitri Kiselyova müsahibə verdi
İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 