Bu gün Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xəttində gediş haqqı daha əvvəl elan edildiyi kimi 60 qəpik deyil, 50 qəpik olacaq.
Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.
Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-a qədər fəaliyyət göstərəcək. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq



Bakıda yeni marşrut xətti açılır
Bağlanış mərasiminə gedənlərin diqqətinə
Yalnız bu avtobuslar işləyəcək - SİYAHI
Bakıda bu marşrutda gediş haqqı AZALDILDI
Yeni marşrut xətti açıldı - Gediş haqqı 40 qəpik olacaq
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Sabah bu yollar bağlı olacaq
Bakıda 21 avtobus yolda qaldı- SƏBƏB İSƏ...
Paytaxtın hansı küçələrində sıxlıq var?
Bakının bu yollarında sıxlıq var, avtobuslar GECİKİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 