Məscid dövlət vəsaiti hesabına tikilib. Bildiyiniz kimi, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybət məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır.
ONN media xəbər verir ki, bunu prezident İlham Əliyev Hacı Cavad məcsidinin yeni binasının açılışında çıxışı zamanı deyib.
“Siz də bunu yaxşı bilirsiniz. Çünki Hacı Cavad məscidi elə o ərazidə yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturu yaradılacaq”-deyən, prezident bildirib ki, digər tarixi məscidlər də əsaslı şəkildə təmir olunub:
“Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilmişdir.
Şamaxı rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunmuşdur, Dəmirçi kəndində.
O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tamamilə yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik.
Orada da ictimai binalar tikilibdir, ətraf abadlaşdırılıbdır. Heydər məscidi mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Bakıda tikilmişdir, gözəl, əzəmətli məsciddir.
Cocuq Mərcanlı işğaldan azad olunandan sonra biz bu kənddə Şuşa məscidinin bənzəri olan məscid tikdik.
Mən bu məscidin açılışında iştirak etmişəm.
Demək olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm.
Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır.
Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir.
Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür.
Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur.
Bu, bizim tariximizdir”.
İ.Əliyev vurğulayıb ki, dini dəyərlər bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir:
“Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır.
Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur.
İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik.
Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dünyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir.
Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik”.



Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb
Aşura günü ilə bağlı qan vermə aksiyası başlayıb
Şarl Mişel Şamaxı Cümə məscidində
Heydər Əliyev Fondu Şuşada üç tarixi məscidi bərpa edir
Bu məscid azərbaycanlılardan birdəfəlik alındı
Ermənilər bu məscidi də dağıdıblar - NAZİRLİK
Prezident azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən danışıb
Aşura günü qanvermə aksiyası keçiriləcək
Ölkənin ən böyük məscidi bu gün istifadəyə AÇILIR - FOTOLAR
İlham Əliyev Hacı Cavad məscidinin açılışında iştirak etdi
“Şuşa mədəniyyətinin inciləri” – Yuxarı Gövhər ağa məscidi
Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 