“Niko özünə gəlib. Reanimasiyadadır, danışır. İlk soruşduğu sual Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.
ONN media xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat verib.
“Vəziyyəti stabildir. İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Guya deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah rəhmət eləsin, Ruslana...”
Xatırladaq ki, hadisə avqustun 15-i gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil hərəkətdə olan zaman Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Bu zaman ərazidə olan vətəndaş Fəxri Rüstəmov kömək etmək üçün hadisə yerinə yaxınlaşıb. O, sağ əlindən xəsarət alıb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə və Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Dərhal əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb edilərək nəqliyyatın hərəkətini tənzimləməyə başlayıb. Bu zaman yoldan keçən avtomobillərdən biri DYP əməkdaşını vurub. Nəticədə polis əməkdaşı ayağından yüngül xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Xatırladaq ki, Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir.



“Nikosayağı” ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA
Qəzaya düşən blogerin son durumu açıqlandı
Ağır qəza törədən blogeri bu cəza gözləyir - AÇIQLAMA
"Nikosayağı"nın maşını inanılmaz qiymətə satışa çıxarıldı
“Nikosayağı” ağır qəzaya düşdü: Ölən və yaralı var
Nikosayağı-ya 6 il həbs verilə bilər?
“Nikosayağı”nın işi Ağır Cinayətlərə göndərildi
Nicatın vəziyyəti necədir? - Dostu danışdı
Qəzadan sonra Nicatın telefonları və pulqabısı oğurlanıb
Niko ilə bağlı ŞOK AÇIQLAMA
Heydər Əliyev prospektində ağır qəza - QADIN ÖLDÜ
“Nikosayağı”nın qəzadan sonra ilk FOTOSU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 