İƏT Gənclər Forumunun Beynəlxalq İdarə Heyətinin yekdil qərarı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Gənclərin hamisi” Fəxri Nişanı ilə təltif edilib.
ONN media xəbər verir ki, nişan Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri 4-cü Konfransının iştirakçılarının Azərbaycan Respublikası Prezidenti tətəfindən rəsmi qəbulu zamanı ölkə başçısına təqdim edilib.
Mükafat haqda məlumat verən İƏT Gənclər Forumunun Fələstindən olan İdarə Heyətinin üzvü Mazin Mahmud Əbdülrəhim bildirib ki, “Gənclərin hamisi” Fəxri Nişanı ilə İƏT ölkələri gənclərinin hərtərəfli inkişafı və yetişdirilməsi, dəstəklənməsi istiqamətində göstərdiyi fövqəladə və müstəsna xidmətlərə görə İƏT dövlət başçıları, tanınmış dövlət və ictimai xadimləri mükafatlandırılır.
“Gənclərin hamisi” Fəxri Nişanı 2016-cı ilin aprelində İƏT Gənclər Forumunun təşəbbüsü ilə İstanbulda 40 İƏT ölkəsinin iştirakı ilə keçirilmiş “1-ci İƏT Gənc Liderlər Sammiti”nin (İƏT Dövlət Başçıları Sammitinin rəsmi gənclik proqramı) qərarı ilə təsis edilib. Ötən müddətdə mükafatın Əsasnaməsi və təltif qaydaları, eləcə də dizaynı beynəlxalq müsabiqə vasitəsilə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu mukafatın təqdim olunduğu ilk şəxsdir.



İlham Əliyev bu şura ilə bağlı sərəncam imzaladı
Əliyev Özbəkistan prezidentini təbrik etdi
Şuşa 2024-cü il üzrə Gənclər Paytaxtı seçildi
“Qüds-İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramının açılışı olub
İlham Əliyev Türkmənbaşı ilə görüşdü
Gənclər Fonduna üç milyon manat vəsait ayrılıb
Prezident gəncləri təbrik etdi
İlham Əliyev 4 milyon manat ayırdı
İlham Əliyev Mirziyoyevin təltif olunması mərasimində iştirak edib
Gəncədə 2 fevral – Gənclər Günü qeyd edilib
İlham Əliyev Türkiyəyə getdi
İlham Əliyev bu şəxsi təltif etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 