"Semaşko"da (Kliniki Tibbi Mərkəz) əkizlərə hamilə olan qadına doğuş zamanı bir uşaq verilib.
Şikayətçi Mədinə Hacıyevanın sözlərinə görə, hamilə olduğu müddətdə dəfələrlə doppler və ultrasəs müayinələrdən (USM) keçib və həkimlər uşaqlarının əkiz olacağını bildiriblər:
"Hadisə yanvar ayının 26-da Kliniki Tibbi Mərkəzdə baş verib. Hamiləlik dövründəki həkim müayinələrim özəl xəstəxanalarda aparılıb. Orada mənə dedilər ki, "uşaqlarınız əkizdir lakin biri çox zəifdir". Doğuşdan sonra məni palataya aparanda isə övladımın birinin öldüyünü bildirdilər".
Mədinə Hacıyevanın sözlərinə görə, xəstəxananın həkimləri - Solmaz Mehdiyeva və ultrasəs aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova da onun əkiz uşağa hamilə olduğunu təsdiqləyiblər.
Həkim Solmaz Mehdiyeva ilə doğuşun yanvar ayının 30-u, qeysəriyyə üsulu ilə olacağını planlaşdırsalar da, Mədinə Hacıyeva ağrısı olduğu üçün yanvarın 26-da xəstəxanaya gətirilib və doğuşu həmin gün növbədə olan Minnurə Kazımova həyata keçirib.
Daha sonra anaya bir oğlan övladının dünyaya gəldiyini bildiriblər.
Şikayətçi onu da vurğulayıb ki, itirdiyi övladı 3 kiloqram 100 qram olub. Hazırda ailədə olan övladı isə həkimlərin zəif diaqnoz qoyduğu körpədir.
Hətta ailə dünyaya gələcək övladlarına Əbülfəz və Ağa adlarını da düşünüblər. Bu gün Ağa onların yanındadır. Ana isə digər övladının axtarışındadır.
Məsələ ilə bağlı ailə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovla da görüşüb.
Daha sonra Nəsimi Rayon Prokurorluğuna da müraciət olunub. Mədinə Hacıyevanı müayinə edən həkim Zeynəb Osmanova isə ona pul və ərizəsini geri götürməsini təklif edib.
Qeyd edək ki, Mədinə Hacıyevanın şikayəti əsasında Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırmalardan sonra cinayət işinin başlanılmasına rədd edilməsi barədə qərar qəbul edilib



"Semaşko" dəyişib belə olacaq
Ultrasəs görüntüsü hər kəsi ŞOK ETDİ
Doğuş zamanı əkiz körpələrdən biri öldü
"Semaşko" bağlandı - SƏBƏB?
Bakıda xəstəxanada hamilə qadın öldü: Yaxınları tanınmış ginekoloqu DÖYDÜ
"Semaşko"da bu gecədə 20 nəfər ölüb? — RƏSMİ AÇIQLAMA
23 ildən sonra hamilə olduğunu öyrəndi, səhəri gün ana oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ
8 aylıq hamilə qadın həkim səhlənkarlığına görə CANINDAN OLDU
Hamilə qadının qəfil ölüm səbəbi bəlli oldu
1 saylı Kliniki Tibbi Mərkəz bağlandı - SON DƏQİQƏ
Küçədə tapılan körpənin vəziyyəti necədir?
Azərbaycanda doğuş zamanı uşaq xəsarət aldı - HƏKİM SƏHLƏNKARLIĞI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 