Azərbaycan iqtisadiyyatın qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır.
ONN media xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mərasimdə deyib.
Nazir bildirib ki, Azərbaycan və İsrail ikitərəfli əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə edib: "Biz hərbi sahədə, kənd təsərrüfatı və turizm sahəsində uğurla əməkdaşlıq edirik. Biz eyni zamanda iqtisadi diversifikasiya sahəsində əməkdaşlığın dərinləşməsinə ümid edirik".
M.Cabbarov həmçinin, İsrail dövlətinin yaranmasının 70-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin İsrail xalqına təbriklərini çatdıraraq, İsrail və Azərbaycan xalqlarının dostluğunun tarixi köklərə malik olduğunu deyib.
Nazir eyni zamanda gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib və bildirib ki, ölkələr arasında hər il artan əmtəə dövriyyəsi bunun sübutudur.



Mikayıl Cabbarov İsrailin XİN rəhbəri ilə görüşdü
Azərbaycanla İsrail arasında turizm sahəsində saziş imzalandı
Prezident İsrail və Azərbaycan diasporlarının əməkdaşlığından danışdı
İlham Əliyev israilli naziri qəbul etdi - YENİLƏNDİ
Azərbaycanla İsrail arasında Əməkdaşlıq Planı imzalandı
Prezident Azərbaycan və İsrailin hərbi-texniki sahədə uğurlu əməkdaşlıq etdiyini açıqlayıb
İsrail də səfirliyini Kiyevdən köçürür
İlham Əliyev İsrailin yeni Prezidentini təbrik etdi
Azərbaycan XİN İsraili təbrik etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 