Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir.
ONN media xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.
“Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.
Ermənistan Azərbaycandan üzr istəməlidir - İlham Əliyev



İrəvan bu öhdəliklərini yerinə yetirmir - Bayramov
Ermənistanın cinayətləri ilə bağlı monitorinqlər aparılır
Azərbaycan minatəmizləyən maşınlar alıb
Əli Nağıyev Prezidentin müraciətini onlara çatdırdı
Azərbaycan Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərdi
8 erməni hərbçi qarşı tərəfə təhvil verildi - AÇIQLAMA
Prezident Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan danışdı
XİN Ermənistana cavab verdi
XİN itkin və girovlarla bağlı açıqlama yaydı
Ermənistan öhdəlikləri inkar etdi - XİN-dən AÇIQLAMA
30 illik işğal bitdi amma...- Prezident
Kamran Əliyev beynəlxalq təşkilatlara rəsmi məktub ünvanladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 