Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Misirin Baş naziri Mustafa Mədbuli ilə görüşüb.
ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin müvafiq olaraq 2024 və 2023-cü illərdə baş tutmuş qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmin səfərlərin Azərbaycan-Misir əlaqələrinin tarixində yeni səhifə açdığı qeyd olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub



COP 29-un liderləri sammitin açılış mərasimində
Əli Əsədov Özkaya ilə görüşdü
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
Əli Əsədov Moldovalı həmkarı ilə görüşüb
Bakıda Lavrovla nələr müzakirə edildi?
XİN rəsmi məlumat yaydı
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Əli Əsədov Tatarıstan prezidenti ilə görüşüb
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüdü
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı
Əsədov Qolovçenko ilə görüşdü: sənədlər imzalandı
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Həkimlərdən xəbərdarlıq: Kofeyə yox deməyin vaxtı gəlib?
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Oktay Kaynarcadan sevənlərinə SÜRPRİZ
Rayonlarda pensiyalar nə vaxt veriləcək?
Lavrovla Fidan görüşdü
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Sabah Bakıda 34° isti olacaq
Flora Kərimovanın son VƏZİYYƏTİ
İyunun 21-də keçiriləcək imtahanla bağlı vacib açıqlama
İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi
Azərbaycanda Məhərrəm ayı başlayıb
Bakının bu iki rayonunda işıq OLMAYACAQ
Milli Qəhrəman Muxtar Qasımovun şəhidliyindən 34 il ötür 