Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Singapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki Bin Osman ilə görüşüb. XİN-dən ONN media -ya verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan tərəflər, qarşılıqlı faydalı əməkdaşlığın açdığı bütün bu imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi üçün beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Sinqapurla Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini qeyd edən Dövlət katibi, Sinqapur şirkətləri ilə Azərbaycan şirkətləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla dilə gətirib və ölkələr arasında mövcud olan perspektivlərdən faydalanmağın, bu xüsusda İKT və s. sahələrdə təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini vurğulayıb. Öz növbəsində nazir Elmar Məmmədyarov Sinqapurun Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlığa əlavə təkan verilməsi üçün müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonra Sinqapur rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb. Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar. Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirildi və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulanıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Nazir A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olunub. Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi



Məmmədyarov çilili həmkarı ilə görüşdü
Azərbaycan və Serbiya arasında bir neçə sənədlər imzalandı
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
XİN rəsmi məlumat yaydı
Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
Məmmədyarov həmkarı ilə telefonda danışdı
Zelenski Azərbaycana gələcək
Azərbaycan və İsveç parlamentləri arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub
Elmar Məmmədyarov Qabonun xarici işlər naziri ilə görüşüb
Bakıda Lavrovla nələr müzakirə edildi?
XİN başçısı yeni səfirlə görüşdü
Məmmədyarov yeni səfirlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 