Azərbaycan Suriyada baş verən prosesləri izləyir.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilir.
Qeyd edilir ki, bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.
"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.
Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir.
Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.
Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır", - bəyanatda vurğulanır



Əliyev və Ərdoğan Suriya ilə bağlı nəyi müzakirə etdi?
Türkiyədən Putinə XƏBƏRDARLIQ: Öhdəlikləri yerinə yetirin!
Suriyada prezident seçkisi başladı
Türkiyə Prezidenti Təhlükəsizlik Şurasını TOPLADI
XİN-dən Suriyada saxlanılan vətəndaşlarımızla bağlı rəsmi açıqlama
Ərdoğan BÜTÜN DÜNYAYA ELAN ETDİ: Əgər Əsəd bunu etməsə...
Putindən Ərdoğana ABŞ-ı oyundan çıxaracaq TƏKLİF
AB bu ölkəyə qarşı sanksiyaları genişləndirdi
Suriyada son durum necədir?
"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu
Əli Həsənov: Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
Prezident onları qəbul etdi
Temperatur 38 dərəcəyə yüksələcək 