Suriya Milli Ordusu Türkiyənin Suriyada Fərat çayının şərqinə həyata keçirəcəyi hərəkata 15 min döyüşçü ilə dəstək verməyə hazır olduğunu açıqlayıb.
ONN media Publika-ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin dəstəyi ilə qurulan müxalif Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud bildirib.
Əməliyyatın Türkiyə və Suriya torpaqlarından eyni anda başlayacağını ifadə edən Hamud əsas cəbhələrin Münbiç, Tel Abyad ve Rəsulayn olacağını deyib.
Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.
“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.
O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.



Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 oldu
Afrində vəziyyət necədir?-AÇIQLAMA
SON DƏQİQƏ: strateji magistral ələ keçirildi, Ərdoğan əməliyyatın tamamlanacağı tarixi açıqladı
Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb
SON DƏQİQƏ: Suriya ordusu Mənbicə daxil oldu
Suriya ordusu daha bir şəhəri azad etdi
Rusiya və ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Əgər Türkiyə əməliyyata başlasa...
"Fərat Qalxanı" bölgəsində dəhşətli terror: 2 ölü, 19 yaralı
Türkiyə ordusu 12 terrorçunu məhv etdi
Tramp ilk dəfə söylədi: Onlar mələk deyillər
Orduya ƏMR VERİLDİ: HAZIR OLUN
Türkiyənin müdafiə naziri: "Afrin əməliyyatı keçiriləcək"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 