“İdlibdəki hücum Suriyada yeni bir dövrün miladıdır”. ONN media xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisi Qrup Toplantısında çıxış edən prezident Bəşər Əsəd rejiminin türk əsgərlərinə hücumu barədə bunları deyib: “Türk əsgərinin qanını axdığı yerdə heç bir şeyin eyni şəkildə davam etməsinə icazə verməyəcəyik. Türkiyə kefi istədiyi üçün Suriyada deyil. Suriyada 2011-ci ildə başlayan daxili qarşıdurmalardan uzaq qalmaq üçün illərlə səbr etdik. Amma 2015-ci ildən böhran nəzarətdən çıxdı. Rusiya ilə yaşadığımız və bir təxribat olaraq qəbul etdiyimiz təyyarə böhranı bizim mövqeyimizdən Suriya məsələsini daha da qarışıq vəziyyətə gətirdi. Adana Memorandumuna əsasən, Suriya torpaqlarına əməliyyat edə bilərik. Bəziləri “sizin Suriya torpaqlarında nə işiniz var?” deyir. Amerikanı da dəvət etmədilər. Cənub sərhədlərimiz boyunca terror koridoru yaratma təşəbbüsləri heç dayanmadı. Əslində, dərdləri neft quyuları idi. Kimin iştahını çəkdiyi də ortada idi. 12 müşahidə məntəqəmizdən 2-i rejim xəttinin gerisində qalıb. Rejim fevral ayı ərzində nöqtələrimizin arxasından çəkilməsə, Türkiyə bu işi özü etmək məcburiyyətində qalacaq. Türkiyə nə edəcəksə, bunu heç bir məsumun canına, malına zərər gəlmədən etmək prinsipi ilə hərəkət edəcək”. Qeyd edək ki, Bəşər Əsəd və Rusiya 3 fevral tarixində Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki müşahidə məntəqələrinə hücum etmiş, nəticədə 8 türk əsgəri, 1 şəxsi heyət üzvü həlak olmuşdu.
Ərdoğan BÜTÜN DÜNYAYA ELAN ETDİ: Əgər Əsəd bunu etməsə...



Hər kəs bizə ağıl verir- Ərdoğan
Ərdoğan yeni əməliyyatların anonsunu verdi
Ərdoğan və Əsəd görüşəcək?- RƏSMİ AÇIQLAMA
Türkiyədən Putinə XƏBƏRDARLIQ: Öhdəlikləri yerinə yetirin!
“Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur”- ƏRDOĞAN
Ərdoğan: "Bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var"
Ərdoğan: "Ankara, Moskva və Tehran Suriyaya dair mütəmadi danışıqlar aparacaqlar"
Putindən Türkiyə-Rusiya "müharibəsi" ilə bağlı İLK AÇIQLAMA
Türkiyənin zərbələri: Suriyanın itkisi fantastik həddə çatdı
"Hərəkata 15 min döyüşçü verməyə hazıram"- Suriya Milli Ordusu
Ərdoğan yeni hücumun ANONSUNU VERDİ
Ərdoğan: Türkiyə Dağlıq Qarabağda ədaləti və azadlığı dəstəkləyir
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 