Elnur Vaqif oğlu Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü təyin edilib.
ONN media xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Çıraqov STM-in idarə heyətinin üzvü təyin olinub.
Elnur Çıraqov 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub.
2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə istiqamətində bakalavr təhsili alıb. Daha sonra Türkiyə Respublikasında Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura təhsilini başa vurub.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifidir