ONN media Trend-ə istinadla xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub.
İdarənin İctimaiyyətə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.
Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü -Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Ailəlidir, iki övladı var.



Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? - SƏBƏB AÇIQLANDI
Təhsil Nazirliyində yeni təyinat
Nazir onlara YÜKSƏK VƏZİFƏ verdi
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Emin Əmrullayev onlara YÜKSƏK VƏZİFƏ VERDİ
Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye
SOCAR-a yeni prezident təyin olundu
SON DƏQİQƏ: Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ MƏMUR işdən çıxarıldı - FOTO
Təhsil Nazirliyində yeni TƏYİNATLAR
Nazir Teymur Əhmədovu vəzifəsindən azad etdi
Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? — DOSYE
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 