Xəbər verdiyimiz kimi, Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. V.Süleymanov bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb. 2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib. 21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi. Ailəlidir, 3 övladı var.
Prezidentin yüksək vəzifə verdiyi Vüqar Süleymanov kimdir? - DOSYE



KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezident ona YÜKSƏK VƏZİFƏ verdi
Prezident bu şəxslərə yüksək vəzifə verdi
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Ramiz Mehdiyevin yerinə yeni TƏYİNAT
İlham Əliyev nazir müavini təyin etdi
Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
Naxçıvan Baş Gömrük İdarəsinə təyin olunan şəxs kimdir?- Dosye
Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ
SOCAR-a yeni prezident təyin olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 