Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncamda qeyd edilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb



Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İlham Əliyevdən hərbi xidmətlə bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırışla bağlı sərəncam
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident daha bir sərəncam imzaladı
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
18 yaşı tamam olanlara ŞAD XƏBƏR
Kömür mədəni uçdu- ÖLƏNLƏR VAR
İrana yeni səfir təyin olundu
Bakının mərkəzində yol çökdü
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
Bu şəxslər hərbi xidmətə çağırılmayacaq
Neftimizin qiyməti 95 dollara düşüb
Messi 117-ci qolunu vurdu - 911-ci dəfə fərqləndi
Yeni yol qaydaları qalmaqal yaratdı – Ekspertin izahı
Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq
Xəzər dənizində zəlzələ oldu
Həkimdən günəş yanığı ilə bağlı xəbərdarlıq
Bakıda taksi xidməti kəskin bahalaşdı
Formula 1 üçün nə qədər vəsait ayrılıb?
Sabahın havası açıqlandı
Bərdədə hərbiçimiz faciəvi şəkildə həlak oldu 