Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.
ONN media təbrikin mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə!
Hörmətli cənab Prezident.
Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.
Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.
Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq".
***
Avstriya Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.
Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram".
***
İsveçin Kralı XVI Karl Qustavdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
***
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".
***
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".
***
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və rifahı naminə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Misir Azərbaycanla illər ərzində uğurla inkişaf edən və ortaq maraqlarımızın irəlilədilməsinə yönəlmiş güclü öhdəliklə möhkəmlənən səmimi və yaxın ikitərəfli münasibətləri yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, qarşıdakı illərdə Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində və dost xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızın şaxələndirilməsində Misirin maraqlı olduğunu bir daha vurğulamaq istəyirəm.
Hörmətli cənab Prezident, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayıram".
***
Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakver Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm"



Kral və Kraliça Prezidenti təbrik etdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
II Elizabet Prezidenti təbrik etdi
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər
Salome Zurabişvili İlham Əliyevi təbrik etdi
Prezident və kral İlham Əliyevə məktub göndərdi
Yaponiya İmperatoru İlham Əliyevə məktub göndərdi
İordaniya Kralı Prezident İlham Əliyevi təbrik etdi
İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Ərdoğan İlham Əliyevi təbrik etdi
Litva prezidenti İlham Əliyevi təbrik etdi
Ərdoğan Əliyevi təbrik etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 