Azərbaycanda kənd təsərrüfatı subsidiyalarına, güzəştli kreditlərə, lizinq mexanizmlərinə, eləcə də kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına nəzarət tədbirləri gücləndirilib.
ONN media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Belə ki, ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan məhsullar istisna olmaqla) dövlət büdcəsinin vəsaitləri hesabına mərkəzləşdirilmiş qaydada satın alınması da nəzarət çərçivəsinə daxil ediləcək.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumlar subsidiyaların, güzəştli kreditlərin və lizinq əməliyyatlarının verilməsini, maliyyələşdirilməsini və həmin vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirəcək.
Səlahiyyətlərin icrası çərçivəsində “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” (Prezidentin 27 iyun 2019-cu il tarixli 759 nömrəli fərmanı) və “Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” (19 dekabr 2018-ci il tarixli 413 nömrəli fərman) əsas götürüləcək.
Bu mexanizmlər çərçivəsində dövlət vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları Kənd Təsərrüfatı Nazirliyinə müvafiq məlumatlar təqdim etməlidir. Bu məlumatların dəqiqliyini yoxlamaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Məlumatların tərkibində vergi sirri hesab edilən informasiyalar da ola biləcəyindən, onların ötürülməsinin hüquqi əsaslarının yaradılması məqsədilə Vergi Məcəlləsinin 30.6-cı maddəsi dəyişib. Nəticədə vergi orqanlarının vəzifəli şəxsləri aqrar sahəyə dair dövlət dəstəyi tədbirlərinin daha ünvanlı və şəffaf icrasını təmin etmək üçün zəruri məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim edə biləcək. Hüquqi bazasının yaradılması nəticəsində müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsinə ehtiyac qalmayacaq



Prezidentdən kreditlərlə bağlı FƏRMAN
Əli Əsədov qərar imzaladı
Bu məhsulların satın alınması ilə bağlı - Qərar
“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Prezident fərman imzaladı
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Fermerlərə ŞAD XƏBƏR
Prezident sərəncam imzaladı - 40 milyon manat ayrıldı
Baş nazirdən yeni qərar
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 