Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanına dəyişiklik edilməsi və aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası dəyişdirilib. Dəyişikliyə əsasən, Agentliyin verdiyi mikrokreditlərin maksimal məbləği 5 min manatdan 15 min manata, maksimal müddəti isə 2 ildən 3 ilə çatdırılıb. Bununla belə, kreditlərin illik faiz dərəcəsinin maksimal həddinə də dəyişiklik edilib. Əgər indiyə qədər bu göstərici 7%-dən çox ola bilməzdisə, bundan sonra öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12%-dən, digər güzəştli kreditlər üçün isə 7%-dən artıq olmamalıdır. Həmçinin bundan sonra təminatla verilmiş mikrokreditlər üçün Agentliyin hesabına ödənilmiş faiz məbləğinin isə 3/5 hissəsi həmin kreditlərin qeyri-işlək hissəsi və təminat üzrə tələblərin ödənilməsi məqsədilə xüsusi hesabda saxlanılacaq. Bu vəsait vaxtı keçmiş kreditlər üzrə ödənişlər edilməsi məqsədilə tədbirlər görülməsinə, habelə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş meyarlar üzrə ümidsiz hesab olunan aktivlərin balansdan silinməsinə və təminatlar üzrə tələblərin ödənilməsinə yönəldiləcək.
Prezidentdən kreditlərlə bağlı FƏRMAN



Prezident fərman imzaladı
İlham Əliyev sərəncam imzaladı
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilir- FƏRMAN
Prezidentdən bu ərazilərdə yaşayan şəxslərə ŞAD XƏBƏR
“Aqrolizinq”in adı dəyişdirilir - FƏRMAN
Prezident bu fərmanına dəyişiklik etdi
Ölkə başçısı fərman imzaladı
Prezidentdən karantin rejimi ilə bağlı VACİB FƏRMAN
Kirayə mənzillərlə bağlı qaydaya dəyişiklik edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 