Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.
ONN media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib



İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında
Prezident Kəlbəcər və Laçında görülən işlərlər tanış olub
İlham Əliyev Hadrut yolunun açılışını etdi
Kürün üzərində yeni körpü tikildi
İlham Əliyev Hacıqabulda açılış etdi
Dövlət başçısı bu yollarda aparılan tikinti işləri ilə tanış oldu
Bu yolun tikintisinə 3,8 milyon manat ayrıldı - SƏRƏNCAM
Bakı-Şamaxı-İsmayıllı yolu buz bağladı, qəza oldu
Qarabağda bu yolun inşasına başlanıldı
Dövlət başçısı yeni qurulan yolların açılışında
Prezident və xanımı Füzulidə
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoydu - YENİLƏNDİ
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı
Günün qoroskopu: İşlərin öhdəsindən təkbaşına gəlməyə can atın
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı 