Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi.
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.
Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoydu.
Onu da qeyd edək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.



Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanıldı
Xanlıq-Qubadlı yolunun təməli qoyuldu
Ağdam-Füzuli yolu ilə bağlı AÇIQLAMA
Prezident və xanımı Füzulidə
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışında
Şuşaya gedən yol BU TARİXDƏ AÇILACAQ
İlham Əliyev Hadrut yolunun açılışını etdi
Dövlət başçısı bu yollarda aparılan tikinti işləri ilə tanış oldu
Prezident və xanımı Cıdır düzündə - FOTOLAR
Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ
Prezident və birinci xanım Qubadlıda - YENİLƏNİB
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 