Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci km-də, Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, körpü 4 aşırımlı olmaqla uzunluğu 175.4 metrdir. Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb. Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu üzərində Kür çayı körpüsündən sonra yolun Qarasu və Göyçay çayları üzərində inşa olunan körpülər gəlir. Belə ki, hər bir körpünün uzunluğu 106 metr təşkil edir. Digər 4 körpünün uzunluğu isə belədir: Mil-Qarabağ və Aşağı Şirvan kollektoru üzərində 67 metr; Yuxarı Şirvan kollektoru üzərində 37 metr; Gizliçay üzərində 27 metr. Layihə çərçivəsində 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı da inşa edilib. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Kürün üzərində yeni körpü tikildi



Prezident Kəlbəcər və Laçında görülən işlərlər tanış olub
İsa bulağına yeni avtomobil yolu çəkiləcək
Qarabağda bu yolun inşasına başlanıldı
Yeni Xınalıq yolundan ŞAD XƏBƏR
İlham Əliyev sərəncam imzaladı
Prezident bu yolun tikintisinə 4,6 milyon manat ayırdı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdı
Bakıdakı bu məşhur körpü sökülür
Prezident yeni yolun açılışını etdi- FOTO
İlham Əliyev avtomobil yolunun açılışında (YENİLƏNDİ)
Şuşa yolu bu tarixdə təhvil veriləcək
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 