Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.
ONN media xəbər verir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısı İlham Əliyevə fabrik barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.
Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.
Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir



İlham Əliyev və xanımı Laçına getdi
Prezident birinci xanımla Kəlbəcər və Laçına getdi
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
Prezident “Azmonbat” MMC-nin açılışında (YENİLƏNDİ)
Laçında 1169 nəfər işlə təmin olunacaq
Laçına qayıdışla bağlı rəsmi məlumat
Prezident və xanımı yeni kompleksin açılışında
Prezident və birinci xanım Qubadlıda - YENİLƏNİB
İlham Əliyev Cəbrayıla getdi
Prezident Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu
Prezident və xanımı Şuşaya getdi
İlham Əliyev Kürdəmirdə açılışlar edib
Prezident bu ölkədəki səfirimizi geri çağırdı
Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
"Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
Sabah Bakıya yağış yağacaq
Azərbaycan Venesuelaya başsağlığı verdi
Bu gəmilər vurulacaq! - SEPAH-dan xəbərdarlıq
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
DÇ-2026: Türkiyə son oyununa çıxır
Bu qəsəbə və kəndlərə növbəti köç karvanı yola salındı
Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü
Neft kəskin ucuzlaşdı 