İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.
ONN media xəbər verir ki, bu barədə Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.
Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.
Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.
Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir.
Bununla əlaqədar, İran səfirinin Ermənistanın "Armenpress" agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil



Ərdoğandan Xankəndi açıqlaması
Xankəndidə Zirvə görüşü keçirilir
Zirvə görüşü niyə Xankəndidə keçirildi?
Bu ölkələrin rəhbərləri Xankəndidədir
İlham Əliyev İran Prezidenti ilə görüşdü
Türk dövlət başçıları İstanbulda toplaşır - GÜNDƏLİK AÇIQLANDI
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
Pezeşkian Xankəndiyə gedəcək
Azərbaycan İrana nota verdi
Ərdoğan Xankəndiyə yola düşdü
Prezident Cavad Zərifi qəbul etdi
İran açıqlama yaydı: 160 erməni hərbçi...
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Neft ucuzlaşmaqda davam edir
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı 