Türk Dövlətləri Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşünün gündəliyi açıqlanıb.
VIII Zirvə Görüşü noyabrın 12-də İstanbulda keçiriləcək.
““Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul edəcəklər. Bu Zirvə Görüşündə Türkmənistanın müşahidəçi statusu ilə üzv olması, təşkilatın üçüncü ölkə və qurumlarla əlaqələri, müşahidəçi üzvlük meyarlarının müəyyən edilməsi, Türk İnvestisiya Fondunun yaradılmasının tamamlanması, orta və uzun müddətli məqsəd və proqramı ehtiva edən Türk Dünyası 2040 Vizyonunun təsdiqlənməsi gözlənilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov ilk dəfə qurumun işində iştirak edəcək.
Bildirilib ki, iclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.
Təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyi Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini və bir sıra qətnamələri imzalayacaqlar.
Qeyd edək ki, Türk Şurasının Xarici İşlər Nazirləri Şurası gündəmdəki məsələlər və imzalanacaq sənədlərlə bağlı yekun müzakirələr üçün noyabrın 11-də İstanbulda toplanacaq.



İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır
"Türk Dünyası 2040 Vizyonu" təsdiqləndi
Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv qəbul olundu
Dövlət başçılarının Zirvə görüşünda “Xarıbülbül” mesajı
Astanada TARİXİ GÜN: "Türk Əsri" çağırışı altında Zirvə Görüşü başlayır
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Türk Şurasının adı dəyişdiriləcək: Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
İlham Əliyevlə Ərdoğan İstanbulda görüşəcək
Türk Şurasının adı dəyişdirildi - Bundan sonra belə adlanacaq
Türk dünyasının liderləri Demokratiya və Azadlıqlar adasında
Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 