Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı mətbuat məlumatında qeyd olunub.
Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər



Əliyev və Paşinyan görüşə bilər?
Əliyev və Paşinyan arasında nə müzakirə olundu?
Türkiyə və Ermənistan razılaşdı- SƏRHƏDLƏR AÇILIR
Azərbaycan və Ermənistan komissiyaları bu məsələdə RAZILIĞA GƏLDİ
XİN Brüssel görüşü ilə bağlı məlumat yaydı
Bayramov və Mirzoyan arasında danışıqlar neçə gün davam edəcək?
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Bayramov və Lavrov nəyi müzakirə etdi?
Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verdi
XİN rəhbərindən növbəti açıqlama
XİN rəsmi məlumat yaydı
Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışıb
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı 