Azərbaycanın Şərqi Zəngəzur bölgəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəhlizlə bağlı Azərbaycanın mövqeyi prinsipial olmaqla yanaşı, hüquqi əsaslara və regional əməkdaşlıq maraqlarına söykənir. Məlumdur ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinə əsasən Azərbaycan ərazisinin qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz hərəkət təmin edilməlidir.
ONN media xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
"Biz dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə qarşı yönəlmiş addım deyil. Məqsəd yalnız beynəlxalq hüquqa və əldə edilmiş razılaşmalara uyğun şəkildə maneəsiz tranzit əlaqəsi yaratmaqdır. Hesab edirik ki, Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasına və Orta Dəhliz çərçivəsində əlavə marşrutların formalaşmasına xidmət edəcək.
8 avqust Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP-dir. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb", - XİN rəsmisi qeyd edib.
Ayxan Hacızadənin sözlərinə görə, ABŞ tərəfindən müvafiq nəqliyyat infrastruktur layihəsinin həyata keçirilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi və maneəsiz keçidin təmin edilməsi istiqamətində danışıqlar ABŞ-la Ermənistan arasında aparılır və tikinti işlərinə nə zaman başlanacağı hələlik məlum deyil:
"Ancaq nəzərə alsaq ki, bu marşrut Azərbaycanın iki bölgəsini birləşdirəcək, ölkəmizin prinsipial mövqeyi həm ABŞ tərəfinə, həm də Ermənistan tərəfinə bildirilib.
Vaşinqton razılaşmalarına uyğun olaraq, sentyabrın 5-də Azərbaycan və Ermənistan Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfər ediblər. Ərazidə nəqliyyat yolları və infrastruktur ilə tanış olublar. Bu dəhlizin qısa müddətdə açılmasında maraqlıyıq".
Ayxan Hacızadə onu da qeyd edib ki, bununla yanaşı, Qars-İğdır-Dilucu marşrutu üzrə 224 kilometrlik dəmir yolunun tikintisi istiqamətində əhəmiyyətli bir layihənin, strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulduğu məlumdur:
"Hesab edirik ki, bu layihələrlə regionun logistika potensialı genişlənəcək və geostrateji əhəmiyyəti daha da artacaq".
Dəfələrlə vurğulamışıq ki, Zəngəzur dəhlizi... – Hacızadə



Bu ölkələr Zəngəzur dəhlizini dəstəkləyir
Zəngəzur dəhlizi üzərindən Naxçıvana yeni xətt çəkilişi planlarımızdadır - Prezident
Zəngəzur dəhlizi Ermənistan üçün vacibdir – Koltaşov
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı paylaşım
İrəvan Moskva görüşünün gündəliyini açıqladı: “Mehri dəhlizi”...
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır!
Azərbaycan Laçın yolu ilə bağlı təcili addım ata bilər
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
Brayza: Zəngəzur dəhlizini onlar istəmir – VİDEO
Türkiyədən Zəngəzur açıqlaması
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Zəngəzur dəhlizi ilə bağlı son durum necədir?
Ukrayna Moskvanın müdafiəsini necə yara bilib?
Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
Ürəyi xəstə olanlar qəhvə əvəzinə bunu içsin
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
DYP-dən sürücülərə xəbərdarlıq
Günün qoroskopu: İşə başlamaq üçün əlverişli vaxtdır
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi 