Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
ONN media xəbər verir ki, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.
Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Prezidentdən amnistiya təşəbbüsü: Bu şəxslər...



Amnistiyanın kimlərə şamil ediləcəyi açıqlandı
Bu gün Milli Məclis Amnistiya Aktını müzakirə edəcək
Vətən müharibəsi iştirakçıları cəzadan azad edildi
Bu gün 5 cəza çəkmə müəssisəsində aminstiya aktı icra olunur
Döyüşlərdə itkin düşmüş şəxslərlə bağlı yeni qanun
Amnistiya aktının icrası 4 aydan tez yekunlaşacaq
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər... - Nazirlər Kabineti AÇIQLADI
Amnistiya Aktı neçə qadına şamil olunacaq? - AÇIQLAMA
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
Prokurorluq tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib
Xocalıda 85 ev təmir olunacaq: 4 milyonluq LAYİHƏ
Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
Həkimdən XƏBƏRDARLIQ: Kondisionerdən səhv istifadə edilməsi ciddi xəstəliklərə səbəb ola bilər
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
İranda bu hava limanları bağlanır
Maaş və sosial ödənişlərdə artım olacaq?
Sabah yağış yağacaq
Naxçıvana uçuşlar ləğv edildi
FHN-dən yağışlı hava ilə bağlı əhaliyə müraciət
Binəqədi sakinlərinin NƏZƏRİNƏ
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Türkiyəyə 200 kq ağırlığında dron düşdü
Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur
Qalibaf Azərbaycanda səfərdədir 