ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb.
ONN media Bakupost.az-a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkən Suraxanı Atəşgah Məbədini ziyarət edib.
Bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli xanımı Usha Vensin şəxsi istəyi ilə verilib.
Başqa bir məlumata görə, həmin ziyarətdə vitse-prezident özü olmayıb, təkcə həyat yoldaşı gedib. Bu ziyarət təsadüfi deyil.
Tarixi mənbələrə görə, əsası erkən orta əsrlərə gedib çıxan Suraxanı Atəşgahının bugünkü daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hind tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında bu gün də sanskrit və qədim hind dillərində yazılmış kitabələr qorunur. Həmin yazılar ibadət edənlərin Multan və Pəncab bölgələrindən gəlmiş hind tacirləri olduğunu göstərir.
O dövrdə Bakı mühüm ticarət mərkəzi idi və təbii qaz çıxan Atəşgah ərazisi hind inanclarında müqəddəs sayılırdı. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutduğundan Atəşgah əsrlər boyu Hindistanla Qafqaz arasında nadir dini–mədəni körpü rolunu oynayıb.
Məhz bu tarixi bağlara görə Hindistan kökləri olan vitse-prezident xanımının Atəşgahı xüsusi olaraq görmək istədiyi bildirilir.



Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət etdi
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
Ceyms Di Vens Azərbaycana gəlir
Hindistanın vitse-prezidenti Bakıya gəlir
AZAL-ın iki vitse-prezidenti vəzifəsindən azad edildi
Mehriban Əliyeva Gəncədə - FOTO
AZAL-ın rəhbərliyə kimə tapşırıldı?- DOSYE
I vitse-prezidentin Moskva səfəri: Qarabağ məsələsi...
Rafiq Hüseynovun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi
Vitse- prezidentin olduğu təyyarə qəzaya uğrayıb?
Mehriban Əliyevaya "Qurani Kərim" hədiyyə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 