Albaniya Prezidenti Bayram Beqay martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
ONN media xəbər verir ki, Albaniya dövlətinin başçısı beynəlxalq gündəliyin aktual məsələlərinə həsr olunmuş müzakirələrdə iştirak edəcək.
Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmiləri və beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərin müzakirəsi üçün bir araya gətirir.
Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.
Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.



Prezident İlham Əliyev Forumun açılışında iştirak edir
X Qlobal Forum nə vaxt keçiriləcək?
Albaniya prezidenti Azərbaycana gələcək
Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya getdi
Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir
VII Bakı Qlobal Forumunun tarixi açıqlanıb
Bayram Beqay Azərbaycana səfərə gəlir
Daha bir ölkənin prezidenti Bakıya gəldi
Moldova Prezidenti Azərbaycana gəlir
Monteneqro prezidenti Azərbaycana səfər edəcək
Mavritaniya prezidenti Azərbaycana səfər edəcək
Prezident VI Qlobal Bakı Forumunda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 