Fransaya vizalar üçün təqdim olunan sənədlərin baxılmasını “CAPAGO” şirkəti həyata keçirəcək. ONN media xəbər verir ki, Fransız vizalarının yeni mərkəzi olan “CAPAGO” şirkəti Bakıda Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşən “Globus Center”də noyabrın 7-dən fəaliyyətə başlayacaq. Yuxarıda göstərilən tarixdən başlayaraq bu şirkət əvvəllər fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək. “CAPAGO” tərəfindən idarə olunan fransız viza mərkəzi, Bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 17:00-a kimi açıq olacaq. Yeni viza mərkəzi görüşlərin alınmasını, viza ilə bağlı sualların cavablandırılmasını, fransız viza mərkəzində əhalinin qəbulunu, viza müraciətlərinin qəbulunu, barmaq izlərinin alınmasını, xidmət (standart qiymət 26 avro) və viza xərclərinin toplanmasını, pasportların geri qaytarılmasını (görüş götürməyə ehtiyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq) həyata keçirəcək. Burada “İşgüzar” müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən “Premium” salonu yaradılıb. (Qiymət 80 AZN (Viza rüsumdan savayı) Yeni fransız viza mərkəzində görüş götürmək üçün “France Visas” saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub “CAPAGO” saytında görüş götürmək olar. Beləliklə, viza üçün müraciətlər noyabrın 7-dən etibarən səfirliyin viza bölməsində qəbul olunmayacaq (Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna olmaqla). İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər “CAPAGO” şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.
Fransaya viza almaq istəyən Azərbaycan vətəndaşları üçün yeni qaydalar müəyyən edilib



Bu ölkənin Bakıdakı səfirliyi viza verilməsini DAYANDIRDI
Azərbaycan vətəndaşları BU ÖLKƏLƏRƏ vizasıız gedə bilər - SİYAHI
SON DƏQİQƏ: İran vətəndaşlarına viza verilməsi dayandırılır
ABŞ səfirliyi viza ilə bağlı MƏLUMAT YAYDI
Viza sistemi ilə bağlı daha bir qərar
Bu ölkə ilə viza rejimi ləğv olunur
Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir
ABŞ səfirliyi nə zaman viza verəcək - RƏSMİ AÇIQLAMA
İran 28 ölkə ilə viza rejimini ləğv edir
Azərbaycanla bu ölkə arasında viza ləğv edildi
Viza ilə bağlı DƏYİŞİKLİK
Pakistan Azərbaycan üçün viza rüsumunu ləğv etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 