Azərbaycan hər zaman Gürcüstanın yanında olub.
ONN media bildirir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan səfirliyinin Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda çıxışında deyib.
Baş nazir qeyd edib ki, ötən il Gürcüstanın Borjomi bölgəsində baş vermiş meşə yanğının söndürülməsində Azərbaycanın göstərdiyi köməyi gürcü xalqı heç zaman unutmayacaq. G.Kvirikaşvili Azərbaycan xalqını Respublika günü və ilk respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib:
“Təəssüflər olsun ki, 100 il öncə hər iki respublikanın müstəqilliyi qısamüddətli oldu. Lakin demokratiya tarixində hər iki ölkə iz qoya bildi. Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüz illik tarixi var və bu münasibətlər daha da inkişaf etdirilir”.
Baş nazir Gürcüstan və Azərbaycan arasında mövcud münasibətləri nümunəvi adlandırıb:
“Hər iki dövlətin iştirakı ilə həyata keçirilən genişmiqyaslı iqtisadi layihələr bölgəmizdə sülh və sabitliyə xidmət edir. Bölgədə həyata keçirilmiş Bakı-Tbilisi-Qars və TANAP kimi əhəmiyyətli layihələr Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin uğurudur. Ümid edirik ki, bu layihələr bölgənin əhəmiyyətini daha da artıracaq”.
İki ölkə arasında iqtisadi münasibətlərə toxunan G.Kvirikaşvili bu münasibətləri dinamik adlandırıb:
“Azərbaycan Gürcüstanın ən böyük investoru və əsas ticarət tərəfdaşlarından biridir. İqtisadi əməkdaşlıq münasibətləri dinamik inkişaf etməkdədir”



Gürcüstanın baş naziri “Şəhidlər Xiyabanı”nı ziyarət etdi
Qiorqi Kvirikaşvili Azərbaycan prezidentinə məktub göndərib
Giorgi Kvirikaşvili: “Gürcüstan qlobal layihələrdə Azərbaycanı dəstəkləyir”
Kvirikaşvili: Azərbaycan prezidenti ilə Davosda maraqlı danışıqlar apardıq
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Salome Zurabişvili Azərbaycan xalqını təbrik etdi
Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi təbrik etdi
Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib
Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi
İlham Əliyev Qaxariyanı təbrik etdi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 