Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərindən (TANAP) Türkiyəyə ilk qazın qəbulu həyata keçirilib.
ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev simvolik olaraq qazın qəbulunu gerçəkləşdiriblər .
TANAP-ın təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsda qoyulub.
Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Faza-1 2019-cu ildə Avropa üçün qazı qəbul etməyə hazır olacaq.
TANAP-ın dəyəri 8 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.



TANAP-ın açılış mərasimi keçirilib - VİDEO
TANAP layihəsinin açılış mərasimi keçirilir
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
Preziden TANAP-ın yeni hissəsinin açılışında
Azərbaycan, Türkiyə və Avropa üçün TARİXİ GÜN
Ərdoğan: İyunun əvvəlində TANAP-ın açılış mərasimi keçiriləcək
TANAP yayda hazır vəziyyətə gətiriləcək
Sabah Türkiyədə TANAP-ın açılış mərasimi keçiriləcək
Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir
TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
TANAP nəvaxt istifadəyə veriləcək?
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 