Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana prezident seçkilərində qələbə qazanması münasibəti ilə təbrik məktubu ünvanlayıb.
ONN media xəbər verir ki, məktubda bildirilir:
"Hörmətli cənab Prezident, əziz qardaşım,
Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edir və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Səsvermənin nəticələri xalqın əsl lideri kimi Sizin şəxsinizə olan böyük inam və etimadın aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda genişmiqyaslı fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir.
Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa ilə Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır. Birgə gerçəkləşdirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihəsi uğurlu əməkdaşlığımızın parlaq nümunələridir.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Əziz Qardaşım, bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının yüksəlişi naminə əzmkar və fədakar işinizdə uğurlar diləyirəm".



İlham Əliyev Ərdoğanı təbrik etdi
Prezident əlcəzairli həmkarını təbrik edib
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
Əli Əsədov bu münasibətlə Fuad Oqtayı təbrik etdi
İlham Əliyev Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
İlham Əliyev Zelenskiyə məktub göndərdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
İlham Əliyev Netanyahunu təbrik edib
Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
İlham Əliyev yeni prezidentləri təbrik etdi
İlham Əliyev Ərdoğana məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 