Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.
Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Dövlət başçısı Bakıdakı Türk şəhidliyini ziyarət edib, 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılan abidə önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.



Tokayev Şəhidlər Xiyabanını ziyarət etdi
Nauseda Şəhidlər xiyabanını ziyarət etdi
Zelenski Şəhidlər xiyabanında
Lavrov Şəhidlər Xiyabanında
Lukaşenko şəhidlər xiyabanını ziyarət etdi
Türkiyənin yeni səfiri Fəxri xiyabanı ziyarət etdi
Hulusi Akar Azərbaycanda səfərdədir
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev və Ərdoğan Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət etdi
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 