Bitməsinə sayılı günlər qalan 2017-ci ildə bəzi icra başçıları vəzifəsi ilə vidalaşmalı oldu.
ONN media xəbər verir ki, bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb.
1 iyun tarixində Prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Sərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.
Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib.
Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.
İcra başçıları ilə bağlı bu il üçün hələlik sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-nin başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb.
Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Yeni icra başçıları kollektivə təqdim olundu
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
Prezident iki icra başçısını işdən çıxardı - Yeni TƏYİNAT
Prezident icra başçısını vəzifəsindən azad etdi
İlham Əliyev yeni icra başçısı təyin etdi
Prezident iki icra başçısının yerini dəyişdi
Prezident Şahin Məmmədovu Masallının İCRA BAŞÇISI TƏYİN ETDİ
Başçısız qalan rayonlar hansıdır?- Siyahı
Prezident icra başçısını İŞDƏN ÇIXARDI
Bu icra başçıları YAP-dakı vəzifələrini İTİRDİLƏR -SİYAHI
SON DƏQİQƏ: İlham Əliyev o icra başçısını İŞDƏN ÇIXARDI
SON DƏQİQƏ: Bu rayonun icra hakimi işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 