ONN media xəbər verir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi” barədə dediklərinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər:
Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.
Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir.
L.Mnakasyanın budəfəki, absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir.
Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq.



SON DƏQİQƏ: Azərbaycan Ordusu düşmənin hərbi qulluqçusunu məhv etdi
Cəbhədəki son vəziyyətlə bağlı - RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyindən seperatçılara SƏRT CAVAB
Müdafiə Nazirliyindən SƏRT XƏBƏRDARLIQ- "Məhv ediləcək"
SON DƏQİQƏ: Azərbaycan ordusu şəhid verdi
Ermənistan özünü yenə RÜSVAY etdi
Ordumuz bu silahların yalnız cüzi hissəsini istifadə edib - MN
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir
Əsgərimiz həlak olub?
Ermənistan sərhədə ordu yığır- BUNA SƏBƏB NƏDİR?
Düşmənin döyüş sursatlı hərbi yük maşınları partladıldı - VİDEO
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı - VİDEO
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 