Ölkələrimiz arasında münasibətlər gözəl inkişaf edir. Bu, tarixən yoxlanılmış və müasir dövrdə inkişaf edən həqiqi dostluq münasibətləridir.
ONN media xəbər verir ki, bu sözləri AZƏRTAC -a müsahibəsində Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə - humanitar, iqtisadi, siyasi – inkişaf edir.
“Sözsüz ki, bütün bunlar, ilk növbədə, ölkələrimizin rəhbərlərinin xidmətidir. Bu münasibətlərə onlar istiqamət verir, onlar bu münasibətləri dinamikləşdirir, necə deyərlər, “saatlarını qururlar”, lakin bununla bərabər, görülmüş işin nəticələrini də yoxlayır və gələcək inkişafın vektorunu müəyyən edirlər”, - Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Bakıda xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələr zamanı diqqət yetirilən mövzulardan biri də Rusiya və Rusiya vətəndaşları tərəfindən Azərbaycana olan münasibət idi.
“Moskvada Azərbaycanı və Bakını sevirlər. Sizin dövlətinizin bütün uğurlarına görə Moskvada sevinirlər. O cümlədən son illərdə Bakının necə dəyişməsini buraya gələnlərin hamısı qeyd edir. Hamı bu barədə bir-birinə danışır. Bu, ikitərəfli münasibətlərin inkişafının bir cəhətidir.
Bu münasibətlər təkcə siyasi tərkib hissə üzrə və ya, məsələn, elm, yaxud biznes sahəsində inkişaf etməklə məhdudlaşmamalıdır. Əməkdaşlığın bütün tərəflərinin məcmusu ölkələrimizin xalqları üçün vacibdir. Moskva ilə Bakı arasında münasibətlər məhz bu cür inkişaf edir”, - Rusiya XİN mətbuat xidmətinin rəhbəri hesab edir.



Zaxarova sanksiyanın Rusiyaya vurduğu zərəri açıqladı
Lavrov Polad Bülbüloğlu ilə görüşəcək
Üçtərəfli razılaşmaya ciddi riayət edilməlidir - Zaxarova
Rusiya Türkiyə ilə uçuşların dayandırılması səbəbini AÇIQLADI
Bu məhdudiyyətlər Konvensiyaya zidd deyil - Zaxarova
Rusiya Əfqanıstana görə ABŞ-ı günahlandırdı
Rusiya XİN-in sözcüsü Azərbaycandakı prezident seçkilərindən danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 