Bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.
Prezident İlham Əliyev qeyd edib: "Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.
Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".



Faiq Mütəllimov: hədəfimiz Xəzəri ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevirməkdir
Xəzəri çirkləndirənlərə qarşı addım atılacaq
Azərbaycan və Rusiya prezidentləri arasında nə müzakirə olundu?
Xəzərdə ən böyük donanmaya malikik - Prezident
V Zirvə toplantısında aparılan müzakirələr Xəzərin inkişafına imkan verəcək
İlham Əliyev bu görüşün anonsunu verdi
Xəzərdə bunu edənlər CƏZA ALDI
Əli Əsədov qərar imzaladı
İlham Əliyev açılış mərasimində
Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTOLAR
Əli Əsədov qərar imzaladı
Nazirlikdən əhaliyə çağırış
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 