Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya köməkçilər təyin olunub. Yeni təyin edilən köməkçilər Emin Hüseynov və Xalid Əhədovdur.
Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.
ONN media Olaylar.az-a istinadla xəbər verir ki, Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranın Boladi kəndində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.
1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
1998 - 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı
2001 - 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı
2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı
2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru
2007 - 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı
2010 - 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru
2013 - 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor
2016-cı ilin yanvar ayından iyun ayına kimi "ADA" Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor
2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.
2016-cı ildən yeni təyinatına qədər isə maliyyə nazirinin müavini vəzifəsində çalışıb.
Evlidir, üç övladı var.



Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Mehriban Əliyevaya yeni köməkçilər təyin edilib
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
SOCAR-a yeni prezident təyin olundu
Nazir özünə yeni müşavir təyin etdi
Rəşad Hüseynova yüksək vəzifə verildi
Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT
Mərkəzi Banka baş direktor təyin olundu
Ramiz Mehdiyevin yerinə yeni TƏYİNAT
Azərbaycanda yüksək vəzifəli şəxsə AĞIR İTKİ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 