Rusiya prezidenti Vladimir Putinin bu ay Azərbaycana səfərə gələcəyi gözlənilir.
ONN media Turkistaninfo-ya istinadla xəbər verir ki, bunu Rusiya mətbuatına prezidentin köməkçisi Yuri Uşakov bildirib. Sentyabr ayında V.Putinin daha bir səfəri İrana olacaq. Rusiya prezidentinin Tehranda İran və türkiyəli həmkarı ilə görüşü keçiriləcək. Bundan başqa Azərbaycan, Rusiya və İran prezidentləri növbəti dəfə Moskvada bir araya gələcəklər. İlk dəfə bu qəbildən olan görüş 2016-cı ildə keçirilib. Daha sonra “üçlük” Bakıda və Tehranda görüşüb.
Səfərin tam proqramı açıqlanmasa da, ekspertlər V.Putinin Azərbaycana səfəri ilə bağlı bəzi proqnozlar veriblər. Ekspertlərin proqnozuna görə, səfər zamanı iki ölkə arasında köhnədən qalan bəzi məsələlərin müzakirə olunacağı, o cümlədən tərəflər arasında siyasi dialoq və məsləhətləşmələr aparılacaq.
V.Putinin Azərbaycana gözlənilən səfərini Cebhe.info-ya şərh edən politoloq Qabil Hüseynli Rusiya prezidentinin Bakıya səfəri çərçivəsində Dağlıq Qarabağ müqanişəsinin prioritet olacağını istisna etmir. Onun sözlərinə görə, həmçinin bir müddət əvvəl Azərbaycanın KTMT-də müşahidə missiyası alması da, səfər zamanı müzakirə oluna biləcək məsələlərdəndir:
“Putin bəzi köhnədən qalan məsələləri gündəmə gətirə bilər. Təbii ki, indidən konkret nəsə demək çətindir. Amma hesab edirəm ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq. Çünki bu problem Rusiya və Azərban prezidentlərinin görüşlərində mütəmadi yada salınır, bu barədə danışılır. Bu dəfəki səfər zamanı Azərbaycanın KTMT-də müşahidəçi missiyası alması məsələsi də, zənnimcə müzakirə obyekti ola bilər. V.Putinin səfəri ilə bağlı rusiyalı diplomat və ekspertlər hələ, çox danışmağa, proqnoz verməyə tələsmir. Ona görə də, səfərlə bağlı geniş danışmaq, konkret nəyin müzakirə olunacağını indidən demək çətindir”.



Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcək
Putin və Ərdoğan kimlərlə görüşəcək?
Putin Çində səfərdədir
Putin Azərbaycana səfərə gəldi
Putinin Ankaraya səfəri gizli saxlanılır?
Putinin Azərbaycana səfər proqramı açıqlandı
Tehranda üçtərəfli sammit başladı
Putin Türkiyəyə niyə səfər edir?- AÇIQLANDI
Putinin Türkiyə səfəri yenidən təxirə salındı?
Putin İrana səfər edəcək
Putin və İlham Əliyev görüşəcək- NƏ MÜZAKİRƏ OLUNACAQ?
İrəvanda ŞOK, Erməni şərhçi bütün DETALLARI AÇDI- SƏBƏB?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 