Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
ONNmedia müraciətin mətnini təqdim edir:
Hörmətli qurultay iştirakçıları!
Sizi Azərbaycan memarlarının XIX qurultayının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsini bəzəyən və qədim Şərq memarlığının mühüm nailiyyətlərini özündə əks etdirən möhtəşəm abidələrlə zəngindir. Ənənəvi memarlığın başlıca prinsiplərinə sadiq istedadlı sənətkarlarımız bu əsərləri yaradarkən təbiətlə ahəngdarlığın qorunmasını həmişə diqqətdə saxlamışlar.
Milli sərvətimiz İçərişəhər ölkəmizin ərazisində yüzillər bundan əvvəlki şəhərsalma sənətinin parlaq təzahürüdür. Burada ucaldılmış və müasirlik ruhunu indiyədək qoruyub saxlamış Qız qalası doğma Bakının qədim rəmzlərindəndir. Orta əsr şəhər mədəniyyətini təcəssüm etdirən Şirvanşahlar sarayı kompleksi mühəndis-memarlıq həllinin kamilliyinə görə bu gün də heyranlıq doğurur. Fəxr edirik ki, dünya memarlığı xəzinəsində memarlıq sənətimizin qiymətli nümunələri vardır.
Bizim memarlıq irsimiz öz tarixinin bütün mərhələlərində ardıcıl uğurlu yaradıcılıq axtarışlarının nəticəsi olaraq və milli memarlıq baxımından düzgün həllini tapmış sənət inciləri ilə davamlı surətdə zənginləşmişdir. Qədimliklə müasirliyi özündə birləşdirən Bakıda Avropa və Şərq memarlığının sintezi əsasında ucaldılmış yaraşıqlı binalar sırasına daimi yeniləşmə rəmzi kimi modern üslublu nadir memarlıq abidələrinin əlavə edilməsi təkrarsız görkəmə malik paytaxtımızın panoramını daha da dolğunlaşdırır.
Müstəqillik illərindəki çoxsaylı möhtəşəm tikililər sayəsində regionlarımızın memarlıq mənzərəsi dəyişərək yeni şəkil almışdır. Memarlarımız böyük quruculuq yolunda inamla irəliləyən Azərbaycanın inkişafına töhfələr vermiş, şəhər və qəsəbələrimizin mənzərəsini ildən-ilə daha da gözəlləşdirən, küçə və meydanlarımızı bəzəyən dəyərli əsərlər meydana gətirmişlər. Onlar bu gün də yeni yaradıcılıq uğurları ilə yanaşı, tarixi-mədəni irsimizin bərpası və gələcək nəsillər üçün qorunub saxlanılmasında bilik, qüvvə və bacarıqlarını əsirgəmirlər.
İnanıram ki, qurultayınızda şəhərlərimizin memarlıq görkəminin milli özünəməxsusluğu, tariximizə və mədəniyyətimizə uyğunluğu barədə səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, ölkə memarlığının gələcək inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunacaqdır.



Prezident Qurultay iştirakçılarına müraciət etdi
İlham Əliyev yeni prezidentləri təbrik etdi
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
İlham Əliyev sultana məktub göndərdi
İlham Əliyev Maya Sandunu təbrik etdi
İlham Əliyev rumın prezidenti təbrik etdi
İlham Əliyev Koreyanın yeni prezidentini təbrik etdi
İlham Əliyev Rumen Radevə məktub göndərdi
Prezident qurultay iştirakçılarına məktub ünvanladı
İlham Əliyev Maduronu təbrik etdi
İlham Əliyev Paraqvay prezidentini təbrik etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 