Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
ONN media xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Hörmətli Vladimir Vladimiroviç, icazə verin, Sizi Azərbaycanda bir daha salamlayım, xoş gəlmisiniz.
Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bugünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük. Bu, bizim münasibətlərimizin səviyyəsinin parlaq göstəricisidir. Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik. Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik. Bir daha “Xoş gəlmisiniz!” deyir və səfərə görə təşəkkür edirəm.



İlham Əliyev Vladimir Putinlə görüşdü
"Biz həmişə bir-birimizi dəstəkləmişik"- İlham Əliyev
İlham Əliyev və Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılışında
İlham Əliyev və Putinin təkbətək görüşü olub
İlham Əliyev Putini təbrik etdi
İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
İlham Əliyev Putinə məktub göndərdi
İlham Əliyev və Putin arasında görüş olub
Putin İlham Əliyevə zəng etdi
Putinlə İlham Əliyev təkbətək görüşdü
İlham Əliyev Vladimir Putini təbrik etdi
İlham Əliyev və Putin görüşü keçirildi- Tam mətn
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 