Azərbaycan prezidenti İlham Əliyev savadlı insan təəssüratı doğurdu.
ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bu razılaşmaların əldə olunmasını çox vacib hesab edirəm. Əhəmiyyətlidir ki, İlham Əliyevlə əlaqə yaratmaq barədə razılaşdıq, sabah bu barədə ATƏT-in Minsk qrupunun üzvlərinə rəsmi məlumat verəcəyik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında daimi rabitənin yaradılması haqqında razılaşmışıq", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, bunun texniki cəhətdən necə icra ediləcəyi hələlik aydın deyil. Lakin bu, vəziyyətə daha operativ nəzarət etməyə imkan yaradacaq.
Paşinyan bildirib ki, İlham Əliyev onda normal, müsbət təəssürat doğurub. Onlar normal, "sivil" söhbət ediblər.
"O, savadlı insan təəssüratı doğurdu", - Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, yaxın zamanlarda İlham Əliyevlə görüşü gözlənilmir. Lakin yarım saat ərzində informasiyanın ötürülməsinin mümkün olduğu rabitənin mövcudluğu operativ məsələlərin həllində yardımçı olmalıdır.
Xatırladaq ki, Paşinyan Düşənbədə MDB dövlət başçılarının zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə bir sıra məsələlər üzrə razılıq əldə etdiklərini demişdi. Bunlar sərhəddə sülh şəraitinin qorunması, dialoq və danışıqlar prosesinə sadiqlik və operativ rabitənin yaradılmasıdır.



Paşinyan İlham Əliyevlə görüşdən DANIŞDI
İlham Əliyevlə Paşinyan arasında... - ABŞ-dan AÇIQLAMA
Paşinyan İlham Əliyevlə görüş üçün Brüsselə getdi
Paşinyan İlham Əliyevlə görüşdən danışdı
İlham Əliyevlə Paşinyan görüşdü
İlham Əliyev və Paşinyan bu tarixdə görüşəcək
Paşinyan Rusiyaya gedir
Paşinyan DANIŞDI: bunu çox vacib hesab etmək lazımdır...
İlham Əliyev və Paşinyan yenidən görüşəcək
Paşinyan və İlham Əliyev Brüsseldə görüşəcək
Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 