Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
ONN media xatırladır ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İlham Əliyev burada tarix elmləri namizədi elmi dərəcəsinə qədər yüksəlib.
1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada əvvəlcə vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib. Buradakı fəaliyyəti dönəmində o, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynayıb.
İlham Əliyev Azərbaycanda idmanın inkişafında da mühüm rol oynayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilən Əliyev idmanın inkişafına xüsusi qayğı göstərməyə başlayır.
İki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi çalışır. 2003-cü ilin yanvarında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. Elə həmin ilin avqustunda Baş nazir vəzifəsinə təyin edilir.
Baş nazir təyin olunmasından sonra onun deputat səlahiyyətlərinə xitam verilir. 2003-cü ilin 15 oktyabrında Azərbaycan Republikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verir.
İlham Əliyev 2008 və 2013-cü il prezident seçkisində yenidən xalqın etimadını qazanaraq prezident olur.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən İlham Əliyevin üç övladı və dörd nəvəsi var.



Bu gün İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyidir
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Mədəniyyət nazirliyində yeni TƏYİNAT
Nazir təyin olunan 42 yaşlı Fərid Qayıbov kimdir? - DOSYE
Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- Dosye
Bu gün prezident İlham Əliyevin doğum günüdür
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
Bu gün Mehriban Əliyevanın doğum günüdür
12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür!
12 DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 