Oktyabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
ONN media xəbər verir ki, iclası açan komitə sədri Arif Rəhimzadə əvvəlcə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişiklik edilməsi barədə sənədi şərh etdi. Qeyd olundu ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir. Qeyd olundu ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı" müəyyən edilmişdir. Komitə sədri bildirdi ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.
Sonra komitə üzvləri "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyə maliyyəsinin əsasları haqqında" qanun layihələrində edilən dəyişiklikləri üçüncü oxunuşda müzakirə etdilər. Bildirildi ki, hər iki sənəddə edilən dəyişikliklər qəbristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələri müəyyən edir. Belə ki, bələdiyyələrin bu məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmədiyi hallarda məsuliyyət məsələsini təmin edir və bələdiyyə büdcəsindən qəbristanlıqların salınması, saxlanması, qorunması, idarə olunması və abadlaşdırılması məqsədi ilə zəruri xərclərin tutulmasını təsbit edir. Müzakirələrdən sonra hər 3 sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.



Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin iclası keçirilir- NƏ MÜZAKİRƏ OLUNUR?
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başladı
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə olunacaq
Milli Məclisin növbəti iclası keçirilir
Milli Məclisin iclası başladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 